fbpx

Özbəkistan səfiri Medianın İnkişafı Agentliyində olub – FOTO

BEY.AZ informasiya agentliyi xəbər verir


Fevralın 8-də Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov MEDİA Agentliyində olub.

Metbuat.az xəbər verir ki, agentliyin İcraçı direktoru Əhməd İsmayılov qonaqlara qurumun fəaliyyəti və ölkədə media islahatlarının gedişi barədə məlumat verib.

Özbəkistan Respublikası Prezidenti Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyi ilə Medianın İnkişafı Agentliyi arasında əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulanıb.

Görüşdə qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə olunub.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Başa dön tuşu