fbpx

Özbəklərin “Qaynana”sı Musiqili Teatra gəlir

BEY.AZ informasiya agentliyi xəbər verir


2, 4, 6 dekabr tarixlərində saat 19:00-da Özbəkistanın Kattakurqan Şəhər Dram Teatrının kollektivi Azərbaycan Dövlət Akademik Musiqili Teatrının qonağı olacaq.

Metbuat.az-a teatrdan verilən məlumata görə, səfər çərçivəsində özbək teatrı Azərbaycanın klassik səhnə əsəri olan “Qaynana” (M.Şamxalov) komediyasını nümayiş etdirəcək.

Xatırladaq ki, bu ilin yayında Akademik Musiqili Teatrın quruluşçu rejissoru, Əməkdar incəsənət xadimi Əsgər Əsgərov Avrasiya Teatr Birliyinın dəvəti ilə Özbəkistana, məhz bu tamaşaya quruluş vermək üçün Kattakurqan teatrına dəvət olunmuşdu.

Qeyd edək ki, “Qaynana” tamaşası ilk dəfə 1965-ci ildə rejissor Niyaz Şərifovun quruluşunda Musiqili Komediya Teatrında (indiki Akademik Musiqili Teatrda) səhnəyə qoyulub. Bənzərsiz Xalq artistimiz Nəsibə Zeynalova bu tamaşada unudulmaz obrazı ilə milyonların qəlbini fəth edib.

Rejissor Əsgər Əsgərovun quruluşunda, özbək teatrının repertuarında təqdim olunacaq “Qaynana” tamaşasında isə Cənnət obrazını Özbəkistan Respublikasının əməkdar artisti, “Dostluq” ordenli Gülbahar Məmmədova ifa edəcək.

Tamaşanın rəssamı Bəhram Safoyev, musiqi tərtibatçısı Sevda Əliyeva, rejissor assistenti Feruzbek Abdurayimovdur.

Azərbaycan və Özbəkistan teatrlarının birgə yaradıcılıq işinin tamaşaçısı olmaq istəyən hər kəs biletləti şəhərimizi bütün mərkəzləşdirilmiş kassalarından, “ASAN xidmət” mərkəzlərindən, eləcə də “İticket.az” saytından əldə edə bilərlər.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin