fbpx

Təyyarə pilotu uçuş zamanı öldü

BEY.AZ informasiya agentliyi xəbər verir


Mayamidən Çiliyə uçan və göyərtəsində 271 sərnişin daşıyan təyyarənin pilotu idarə etdiyi hava gəmisinin tualetində ölü tapılıb.

Metbuat.az “The Independent” agentliyinə istinadən xəbər verir ki, İvan Andaur adlı pilot özünü narahat hiss edərək təyyarənin tualetinə gedib. Ondan bir müddət xəbər alınmayıb. Sonra onu LATAM Hava Yollarına məxsus təyyarənin tualetində ölü tapıblar. Tibb işçiləri pilotun infarkt keçirdiyini bildiriblər. Baş verən hadisə ilə əlaqədar təyyarə yarım saat ərzində Panama şəhərindəki Tocumen Beynəlxalq Hava Limanına təcili eniş etməli olub.

Qeyd edək ki, ABŞ-da sərnişin təyyarələrinin pilotları üçün yaşı 40 yaşdan aşağı olanlardan hər il, yuxarı olanlardan isə altı aydan bir tibbi arayış tələb olunur.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Təyyarə #pilotu #uçuş #zamanı #öldü

Bir Cevap Yazın

Başa dön tuşu