fbpx

Pərviz Abbasov azadlığa BURAXILDI

BEY.AZ informasiya agentliyi xəbər verir


“Yeni Klinika” Publik Hüquqi Şəxsin keçmiş direktoru Pərviz Abbasov həbsdən azad edilib.

Metbuat.az APA-ya isitnadən xəbər verir ki, bu barədə Nizami Rayon Məhkəməsi qərar verib.

Pərviz Abbasova təyin olunmuş 3 il həbs cəzasının 3\2 hissəsi başa çatıb.

Məhkəmə məhkumun cəzanın qanunla müəyyən edilmiş hissəsini çəkməsini və cəzaçəkmə müəsisəsinin müsbət rəyini əsas götürərək onu vaxtından əvvəl cəzadan şərti olaraq azad edib.

Qeyd edək ki, Pərviz Abbasov 2021-ci ilin aprelin 22 də Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs olunub.

O, bir qrup şəxslə əlbir olaraq koronavirusa yoluxmuş xəstələrin klinikada müalisə alması müqabilində külli miqdarda rüşvət almaqda ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Pərviz Abasov Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 32.5, 311.3.2-ci (təkrar rüşvət almaya köməklik etmə) maddələri ilə təqsirli bilinərək 8 il 6 ay azadlıqdan məhum edilib.

Bakı Apellyasiya Məhkəməsi cəzanı 5 il 6 aya, Ali Məhkəmə 3 ilə endirib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Pərviz #Abbasov #azadlığa #BURAXILDI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu