fbpx

“Pakistan Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə dəstəyini davam etdirəcək”

BEY.AZ informasiya agentliyi xəbər verir



Pakistan Azərbaycanla qardaşlıq əlaqələrini yüksək qiymətləndirir və ölkənizin suverenliyinə, ərazi bütövlüyünə dəstəyini davam etdirəcək.

Metbuat.az xəbər verir ki, bu barədə Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərifin 28 May – Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə ünvanlandığı təbrik məktubunda bildirilib.

Pakistanla Azərbaycan arasında sıx əməkdaşlığın xalqlarımızın qarşılıqlı rifahı naminə daha da genişlənəcəyinə əminliyini vurğulayan Baş nazir qeyd edib: “Bu baxımdan mən tezliklə gözəl ölkənizə səfər etməyi səbirsizliklə gözləyirəm.

Mən, həmçinin bu fürsətdən istifadə edərək, müstəqil ölkənizin banisi Ulu Öndər Zati-aliləri Heydər Əliyevin bu yaxınlarda qeyd olunan yüzillik yubileyi münasibətilə Sizə və Azərbaycan xalqına ən xoş arzularımı çatdırıram. İnkişaf yolunda inamla irəliləyən bugünkü Azərbaycan həqiqətən də Heydər Əliyevin arzularının real həyatda təntənəsidir”.





Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Pakistan #Azərbaycanın #suverenliyinə #ərazi #bütövlüyünə #dəstəyini #davam #etdirəcək

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin