fbpx

Sosial şəbəkə istifadəçilərinə ciddi XƏBƏRDRLIQ

BEY.AZ informasiya agentliyi xəbər verir


Sosial şəbəkə istifadəçilərinə qarşı kiber hücumların sayı artıb.

Metbuat.az xəbər verir ki, son dövrlər vatsap və digər tətbiqlərdə istifadəçilərin hesablarının ələ keçirilməsi halları artıb.

Kiber hücumlar daha çox şifrələri zəif və yaxşı qorunmayan hesab sahiblərinə qarşı edilir. Kibercinayətkarlar bununla insanların şəxsi məlumatlarını oğurlayaraq beynəlxalq daşıyıcılara ötürür. Profil sahibinə aid şəxsi məlumatlar müxtəlif cinayət, şantaj və dələduzluq əməllərində istifadə olunur və həmin şəxsi cinayət əməlinə ortaq edir.

Mövzuya münasibət bildirən Elektron Təhlükəsizlik Xidmətinin sektor müdiri Ləman Hüseynzadə tövsiyə edir ki, vətəndaşlar rəqəmsal təhlükəsizliklərini təmin etmək üçün sosial şəbəkə hesablarında ikimərhələli təsdiqləməni aktiv etsinlər.

Hesabı ələ keçirilən şəxslər isə təcili hüquq – mühafizə orqanlarına və digər aidiyyəti qurumlara müraciət etməlidirlər.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Sosial #şəbəkə #istifadəçilərinə #ciddi #XƏBƏRDRLIQ

Bir Cevap Yazın

Başa dön tuşu