fbpx

“Pakistan və Azərbaycan qardaş xalqlardır”

BEY.AZ informasiya agentliyi xəbər verir



“Pakistan və Azərbaycan qardaş xalqlardır”.

Metbuat.az xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan Pakistanın Baş naziri Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat bəyanatı zamanı deyib.

Pakistan hökumət başçısı bu gün Azərbaycan Prezidenti ilə səmərəli danışıqlar keçirdiyini diqqətə çatdırıb.

“Bizim ikitərəfli və çoxtərəfli məsələlərdə mövqelərimiz üst-üstə düşür. Pakistan və Azərbaycan iki qardaş xalqdır. Bizim münasibətlərimiz qarşılıqlı dəstək, səmimiyyət və qarşılıqlı ehtiram üzərində qurulub”, – Baş nazir vurğulayıb.

Şahbaz Şərif bildirib ki o, Bakıda Pakistan bayraqlarının dalğalandığını görüb: “Bu Azərbaycanda Pakistan olan münasibətdir. Və eyni dərəcədə də Pakistan xalqı Azərbaycan xalqını sevir. Siz də uzaqgörən lider olaraq bu işə öz töhfənizi vermisiniz. Tam səmimi olaraq deyə bilərəm ki bu münasibətlər, əsrlər boyu davam edən bu əlaqələr çox güclüdür, amma bu gün bizim ticarətimiz və sərmayə portfelimiz təəssüf ki, həmin münasibətləri əks etdirmir. Qarşılıqlı əməkdaşlıq sahəsində daha çox işlər görə bilərik. Bilirəm ki, cənab Prezident, siz bunu gücləndirmək niyyətindəsiniz. Biz də bu əzmdəyik. Bu gün biz spesifik sahələrdə bu əlaqələri necə gücləndirə, artıra bilərik onu müzakirə etdik”.





Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Pakistan #və #Azərbaycan #qardaş #xalqlardır

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu