fbpx

Parklardan oğurluq edən şəxs saxlanılıb

BEY.AZ informasiya agentliyi xəbər verir


Paytaxt ərazisində yerləşən parklardan fontan başlıqları və elektrik avadanlıqları oğurlayan şəxs saxlanılıb.

Metbuat.az-a Daxili işlər Nazilriyinin mətbuat xidmətindən verilən məlumata görə, Səbail rayonunda yerləşən parklardan birindən 32 ədəd ümumi dəyəri 2560 manat olan fontan başlığı oğurlanıb. Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyatlar zamanı həmin hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum edilmiş Balakən rayon sakini Rəşad Qurbanov saxlanılıb. O, ifadəsində törətdiyi oğurluq hadisəsini etiraf edib. Bölmədə əlavə araşdırma aparılan zaman Rəşad Qurbanovun paytaxtın müxtəlif rayonlarında yerləşən parklarından da elektrik avadanlıqları oğurladığı müəyyən edilib.

Faktlarla bağlı saxlanılan şəxs barəsində 9-cu Polis Bölməsində toplanan materiallar Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Rəşad Qurbanovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi üzrə polis orqanlarına, “102” Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu