fbpx

Parlament nümayəndə heyəti Azərbaycanın Özbəkistandakı səfirliyində olub

BEY.AZ informasiya agentliyi xəbər verir


Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Özbəkistana rəsmi səfəri çərçivəsində Azərbaycanın bu ölkədəki səfirliyində olub.

Bu barədə Metbuat.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

“Spiker Sahibə Qafarova və deputatlarımız səfirlikdə Ümummilli lider Heydər Əliyevin büstünün önünə gül dəstəsi düzüblər. Sonra ölkəmizin Özbəkistandakı səfiri Hüseyn Quliyev nümayəndə heyətinin üzvlərinə burada səfirliyin əməkdaşları və fəaliyyəti üçün yaradılmış şərait haqqında məlumat verib”, – Milli Məclisdən qeyd edilib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu