fbpx

Parlamentdə deputatların ofis məsələsi qaldırıldı



Deputat Gülşən Paşayeva Milli Məclisin plenar iclasında yeni seçilmiş deputatların yer (ofis) problemini qaldırıb.

BEY.AZ APA-ya istinadən xəbər verir ki, Gülşən Paşayeva diqqətə çatdırıb ki, deputatları icra hakimiyyəti orqanları ofislə təmin etməlidir: “Amma bu məsələ hələ də həll olunmayıb”.

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov isə bildirib ki, yeni seçilmiş deputatlar üçün seçildikləri dairələrdə deputat otaqları fəaliyyət göstərir.

O qeyd edib ki, rayon icra hakimiyyətlərində də istənilən iclasın keçirilməsi üçün yerlər mövcuddur.

Deputat Elşad Musayev bildirib ki, Siyavuş Novruzov deyən yerlər ancaq YAP deputatlarına verilib, onlara yox: “Xahiş edirəm bizim yer problemimiz həllini tapsın”.








ARMY.AZUSTA XİDMƏTLƏRİ

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin