fbpx

Taleh Qaraşovun qardaşının ölümü ilə bağlı cinayət işi başlandı

BEY.AZ informasiya agentliyi xəbər verir


Lənkəran rayon İcra Hakimiyyəti başçısı Taleh Qaraşovun qardaşı Azər Qaraşovun ölümü ilə bağlı cinayət işi başlanılıb.

Metbuat.az xəbər verir ki, ötən gün rayonun Pirəköcə kəndində 1975-ci il təvəllüdlü Azər Qaraşovun odlu silahdan açılan atəş nəticəsində ölməsi ilə bağlı Kürdəmir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib.

Hazırda zəruri istintaq tədbirləri həyata keçirilir.

Xatırladaq ki, ötən gün Azər Qaraşovun yaşadığı evdə özünü güllələyərək öldürməsi barədə məlumat yayılıb.

Lənkəran rayon İcra Hakimiyyətindən isə bildirilib ki, Azər Qaraşov intihar etməyib, silahla ehtiyatsız davranması nəticəsində açılan atəşdən həyatını itirib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Taleh #Qaraşovun #qardaşının #ölümü #ilə #bağlı #cinayət #işi #başlandı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu