fbpx

Paşinyan Blinkenlə Brüssel görüşünü müzakirə etdi

BEY.AZ informasiya agentliyi xəbər verir


Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.

Metbuat.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Tərəflər sabah Brüsseldə keçiriləcək üçtərəfli görüşü müzakirə ediblər.

Paşinyan və ABŞ dövlət katibi telefon danışığı zamanı Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası və delimitasiyası, regionda kommunikasiyaların açılması imkanları, həmçinin Ermənistan və Türkiyə arasında dialoqla bağlı fikir mübadiləsi aparıblar.

Bundan əlavə, tərəflər Cənubi Qafqazda baş verən proseslərə toxunublar və regional sabitliyin, sülhün təmin edilməsinin vacibliyini qeyd ediblər. Həmçinin beynəlxalq platformalarda əməkdaşlıq məsələləri, eləcə də Ukraynadakı vəziyyət müzakirə edilib.

Qeyd edək ki, sabah Brüsseldə Azərbaycan və Ermənistan liderləri arasında görüş keçiriləcək.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Başa dön tuşu