fbpx

Paşinyan çıxılmaz vəziyyətdədir, əgər ordu göndərsə…

BEY.AZ informasiya agentliyi xəbər verir


“Ermənistanın baş naziri Nikol Paşinyan erməni ordusunu Qarabağa göndərməyə qorxur. Çünki əvvəla, bilir ki, ordusu darmadağın ediləcək. İkincisi, əgər indi Ermənistan ordusu Azərbaycan ərazisinə girərsə, cavabında Azərbaycan ordusu da Ermənistan ərazisinə daxil olaraq, Zəngəzur dəhlizini nəzarətə götürə bilər”.

Metbuat.az xəbər verir ki, bu sözləri rusiyalı politoloq Sergey Markov deyib.

Markovun açıqlamasına əsasən politoloq Məhəmməd Əsədullazadə vurğulayıb ki, Nikol Paşinyanın sülh müqaviləsini uzatmasına səbəb hakimiyyətdən devrilmək qorxusudur:

“Dünənki açıqlaması ilə müharibəyə qoşulmayacağını bəyan edən N. Paşinyan erməniləri çıxılmaz vəziyyətdə qoyaraq, reallığı qəbul etdirməyə sövq etdi. Sülh danışıqlarında Paşinyan açıq formada Azərbaycanın Qarabağa tam nəzarət etdiyini bəyan edəcək. Ümumiyyətlə, separatçılar silahı yerə qoymur və müqavimət göstərirlər. Bununla da Qarabağda yaşamaq hüquqlarının üstündən xətt çəkirlər”.

Politoloq qeyd edib ki, Qarabağda bundan sonra silahlı erməni qruplaşmaları qalmamalı və ərazilərimiz tam silahsızlaşdırılmalıdır. M.Əsədullazadə əminliklə ifadə edib ki, Azərbaycan Xankəndi, Ağdərə, Xocalı və Xocavəndə nəzarəti bərpa edəcək.

Metbuat.az



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Paşinyan #çıxılmaz #vəziyyətdədir #əgər #ordu #göndərsə

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu