fbpx

Paşinyan Türkiyə ilə hava daşımalarından danışdı: “Konkret addımlar atılmalıdır”

BEY.AZ informasiya agentliyi xəbər verir


“Türkiyənin Ermənistana hava yüklərinə qoyulan qadağanı aradan qaldırmaq qərarı İrəvanla Ankara arasında ikitərəfli danışıqlara təkan verə bilər”.

Metbuat.az Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu açıqlamanı Ermənistanın baş naziri Nikol Paşinyan edib. Ermənistanın baş naziri Ankaranın bu addımını alqışlayaraq qeyd edib ki, təkcə danışıqları davam etdirmək deyil, həm də Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması prosesinə təkan verməyə imkan verəcək konkret addımların atılması çox vacibdir.

Baş nazirin sözlərinə görə, ümid etmək olar ki, danışıqlar nəticəsində Ermənistanla Türkiyə arasında quru sərhədi üçüncü ölkələrin vətəndaşları, eləcə də diplomatik pasport sahibləri üçün açılacaq.

Xatırladaq ki, Ermənistanla Türkiyə arasında diplomatik əlaqələr yoxdur və sərhəd Ankaranın təşəbbüsü ilə 1993-cü ildən bağlıdır. 2021-ci ilin dekabrında Ermənistan və Türkiyə ikitərəfli münasibətlərin normallaşdırılması üzrə danışıqlar üçün xüsusi nümayəndələrini təyin ediblər. Ermənistan tərəfdən isə parlamentin vitse-spikeri Ruben Rubinyan, Ankaranı ABŞ-dakı keçmiş səfir Serdar Kılıç təmsil edir. Diplomatlar artıq dörd raund danışıqlar keçiriblər, birinci görüş Moskvada, digər üç görüş isə Vyanada keçirilib. Bundan əlavə, 2022-ci ilin iyulunda Ermənistanın baş naziri ilə Türkiyə prezidenti arasında ilk telefon danışığı olub, oktyabrda isə onların ilk görüşü Praqada olub.

Metbuat.az



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Paşinyan #Türkiyə #ilə #hava #daşımalarından #danışdı #Konkret #addımlar #atılmalıdır

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu