“Patı” çəkən ərdən DƏHŞƏTLİ ƏMƏL: Hamilə arvadının boğazını kəsdi
BEY.AZ informasiya agentliyi xəbər verir
Abşeron rayonunun Qobu qəsəbəsində baş verən qətl hadisəsinin təfərrüatları məlum olub.
Metbuat.az “İctimai TV”yə istinadən xəbər verir ki, Anar Bəkirov hamilə yoldaşı Leyla Bəkirovanın başını bıçaqla kəsib.
Belə ki, cütlük 2014-cü ildə sosial şəbəkədə tanış olsalar da, sonrada qohum olduqlarını öyrəniblər. 2017-ci ildə onlar ailə həyatı qurub.
A.Bəkirovun “marixuana” və “patı” adlı narkotik maddə qəbul etdikdən sonra ailədə mübahisələr başlayıb.
Qətlin baş verdiyi ana gəlincə, Anar Bəkirov saçını yumaq üçün yoldaşından başına su tökməyini istəyib. Leyla isə cavabında “hər şeyi mən edirəm” deyərək qəzəblənib. Bundan sonra isə Anar Bəkirov azyaşlı övladını yatırmağa çalışan 8 aylıq hamilə olan arvadı Leylanın yanına gələrək bıçaqla başını kəsib.
Təqsirləndirilən şəxsin hərəkətlərində qəribəliklər olduğuna görə ekspertiziya təyin edilib. Tibbi ekspertlər onun anlaqsız olması barədə rəy verib.
Onun bu əməli cinayət məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşüb. Məhkəmə narkoloji ekspertiziyasının rəyinə görə, A.Bəkirovda narkotik vasitələrdən asılılıq sindromu akşar edilib.
Ekspert rəyinə əsaslanan Bakı Ağır Cinayətlər məhkəməsi cinayət işi ilə bağlı hökm deyil, qərar qəbul edib.
Qeyd edək ki, cütlüyün 1 azyaşlı qız övladı var.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.