fbpx

Patrik Şik: “Çox emosianal oyun oldu”

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

“Çox emosianal oyun oldu”.

BEY.AZ xəbər verir ki, bunu Almaniyanın “Bayer 04” klubunun futbolçusu Patrik Şik “Qarabağ”ı 5:1 hesabı ilə məğlub etdikləri UEFA Avropa Liqasının qrup mərhələsinin III turunun oyunu barədə danışarkən deyib.

Qarşılaşmanın 62-ci dəqiqəsində meydana çıxaraq, uzunmüddətli zədədən sonra dönüşünü qeyd edən 27 yaşlı çexiyalı hücumçu bunu özü üçün unudulmaz an hesab edir: “Meydana girməyim məni sanki qol vurmuşam kimi sevindirdi. Qayıda bilmək üçün çox çalışdım. Əlbəttə ki, məşqlə oyun arasında böyük fərq var. Hələ görməli olduğum iş çoxdur. Ancaq indi qələbədən və yaşıl meydanlara dönüşümdən həzz alıram”.

Qeyd edək ki, “Bayer 04” H qrupunda 3 turdan sonra 9 xalla birinci, “Qarabağ” isə 6 xalla ikinci pillədə qərarlaşıb. IV turda bu komandalar noyabrın 9-da Bakıda üz-üzə gələcəklər.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Patrik #Şik #Çox #emosianal #oyun #oldu

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu