Paytaxtın bu yolunda sürət həddi endirildi
![](https://i0.wp.com/bey.az/wp-content/uploads/2024/05/1500131.jpg?fit=637%2C400&ssl=1)
Hazırda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
BEY.AZ xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.
“Eyni zamanda məlumat sürət tablolarında “sürüşkən yol” işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir”, – məlumatda deyilir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.