fbpx

Pensiya yaşı ilə bağlı vacib xəbər: Azaldılması təklif olundu -VIDEO

BEY.AZ informasiya agentliyi xəbər verir


“Azərbaycanda ictimai rəy indiki pensiya yaşı həddini qəbul etmir. Kişilərin pensiyaya çıxması üçün yaş həddini 60, qadınlar üçün 55 etsək, daha optimal olar”.

Metbuat.az “Xəzər xəbər”ə istinadən xəbər verir ki, bunu Milli Məclisdə “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişikliklərin ikinci oxunuşda müzakirəsi zamanı millət vəkili Fəzail Ağamalı deyib.

Millət vəkili Əli Məsimli və Qüdrət Həsənquliyev də pensiya yaşının azaldılmasını təklif ediblər.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deputatların sual və təkliflərini cavablandıran zaman deyib ki, yeni pensiya konsepsiyası üzərində işlərə başlanıb və burada səslənən fikirlər yeni konsepsiyada nəzərə alınacaq.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu