fbpx

Pensiya yaşına aid bu göstərici 2 yaş azaldı

Rüya Yorumları burda
Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone ol BEY.AZ informasiya agentliyi xəbər verir

Hazırda dünyanın bir çox ölkələrində pensiya yaş həddi 65 və daha yüksəkdir, habelə əksər ölkələrdə pensiya yaşı mərhələli şəkildə artırılır.

BEY.AZ xəbər verir ki, Azərbaycan qanunvericiliyində pensiya yaşı kişilər üzrə 65, qadınlar üzrə 63,5 yaş olsa da, daha erkən dövrdə pensiya hüququ əldə edə bilən bir çox kateqoriyalar var.

Nəticədə pensiya təyinatı zamanı pensiya yaş həddi qanunda qeyd edilən normativ yaşdan daha aşağı şəkiidə özünü göstərir. 2023-cü ilin ilk yarımilində pensiya təyinatı zamanı çəkili orta yaş həddi 62,6 yaş təşkil edib.

Kişilər üzrə 62,8 yaş olmaqla normativ yaşdan 2,2 il, qadınlar üzrə 62,5 yaş olmaqla 1 il daha az olub.

Yaşa görə pensiya istisna olmaqla, digər 2 növ pensiyada – əlilliyə və ailə başçısını itirməyə görə pensiya növlərində ümumiyyətlə pensiya yaş həddi yoxdur. Əlillik hansı yaşda baş vermişdirsə, əlilliyə görə pensiya da həmin yaşdan hesab edilir. Yaxud ailə başçısını itirməyə görə pensiya hüququ yaranan ailə üzvü 1 yaşında, hətta bir neçə aylıq, bir günlük belə ola bilir.

Rüya tabirlerini burdan oku

Qeyd edək ki, pensiyalar üzrə xərclənən illik vəsait 2017-ci ildəki 3 mlrd. 289 mln. manatdan ötən dövrdə 2.6 mlrd. manat (80 faiz) artaraq 2023-cü ildə 5,9 mlrd. manata çatıb.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Pensiya #yaşına #aid #göstərici #yaş #azaldı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu