fbpx

​Peşəkar psixoloq Tamilla Əliyeva beynəlxalq müsabiqədə təltif olundu

BEY.AZ informasiya agentliyi xəbər verir



Ölkəmizin xaricdə ixtisaslaşmış peşəkar kliniki psixoloqlarından biri də Tamilla Əliyevadır.

Məşhurların və uğurlu insanların psixoloqu kimi tanınan Tamilla Əliyeva ali tibb təhsilini fərqlənmə diplomu ilə bitirib.

Kliniki psixoloq Rusiya Ali İqtisadiyyat Məktəbində psixologiya üzrə bakalavr, İsveçrədə isə magistr təhsili alıb. Təcrübəli psixoloq Harvard və Yel universitetlərində təkmilləşdirmə kursları keçib. Peşəkar psixoloq ölkəmizdə sonsuzluq diaqnozu qoyulmuş qadınlara psixoloji yardım sahəsində adından söz etdirməyi bacarır.

Tamilla Əliyeva ölkədə rəqəmsal mühitdə konsultasiyalar və psixoterapiya göstərən ilk sertifikatlı mütəxəssisdir. Ölkənin ən böyük şirkətlərində uzun illər iş təcrübəsi olan psixoloq eyni zamanda tələbatlı biznes məsləhətçisidir.

Tamilla Əliyeva, 2 iyul 2023-cü il tarixində Bakıda baş tutan beynəlxalq “Global Golden People Awards 2023” mükafatlandırma mərasimində “The Successful Psychologist of the Year” nominasiyasına layiq görülüb.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


  • Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
    #Peşəkar #psixoloq #Tamilla #Əliyeva #beynəlxalq #müsabiqədə #təltif #olundu

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu