fbpx

Peyvənd olunanların sayı açıqlandı

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 30 871 vaksin vurulub.

Metbuat.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 769, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 675, 3 dəfə və daha çox vaksinasiya olunanların sayı 25 705 olub. Pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı 1 722 olub.

Vurulan vaksinlərin ümumi sayı 13 082 592, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 304 350, ikinci mərhələ üzrə 4 790 428 nəfər təşkil edir. Bundan başqa, 3 və daha çox doza vaksinasiya olunanların ümumi sayı 2 778 250 nəfər, pozitiv nəticədən sonra “buster” doza ilə vaksinasiya olunanların ümumi sayı 209 564 nəfər təşkil edir.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu