fbpx

Piyada gəzməyin orqanizm üçün faydaları açıqlandı

BEY.AZ informasiya agentliyi xəbər verir

Müasir dövrdə əksər insanlar aktiv həyat tərzi sürmürlər. Buna ya vaxt çatmır, ya da müxtəlif səbəbləri bəhanə gətirərək ciddi yanaşmırlar. Halbuki fiziki aktivliyi artırmaq, yaxşı formada olmaq üçün gün ərzində azı 30-45 dəqiqə piyada gəzmək kifayət edir. Piyada gəzmək əhvalı yaxşılaşdırır, emosional gərginliyi götürür, sakitlik yaradır. Eyni zamanda orqanizmdən zərrəli maddələrin qovulması prosesini sürətləndirir, maddələr mübadiləsini tənzimləyir.

Metbuat.az xəbər verir ki, fizioterapevt Məhəmməd Şükürov deyib: “Optimal yeriş hər gün, həftədə beş dəfə minimum 3 min addım atılması deməkdir. Dəqiqədə 100 addım atılması optimal sayılır”.

Piyada gəzinti orqanizmdə tənəffüs və qan-damar sisteminin işini normada saxlayır, oynaqların funksiyasını yaxşılaşdırır. Gəzinti zamanı qan dövranı düzgün işləyir, beyin oksigenlə tam qidalanır, əhvalın xoş olması, stresin və gərginliyin aradan qaldırılması üçün də gəzinti ən yaxşı vasitədir.

Müsahibimiz deyib: “Elə optimal yeriş seçməliyik ki, nə passiv olmasın, nə də təngnəfəslik verməsin. Lakin bir qədər sürətli olmalıdır, çünki ürək döyüntüsünün sayını 100-ün üzərinə çıxmalıdır. Lakin onu aşırı dərəcədə də artırmaq olmaz. Ürək döyüntüsü 100-120 olanda metobolizm prosesi sürətli gedir”.

Sağlamlıq üçün sürətli yerişə üstünlük verilməlidir. Günün hansı saatlarının seçilməsi də əhəmiyyətli məsələdir. Oksigenin bol olduğu səhər saatlarında yaşıllıqlar arasında gəzmək daha münasibdir. Sağlamlığı optimal səviyyədə saxlamaq üçün yürüşə hər gün vaxt ayırmaq lazımdır.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu