fbpx

Piyadanı vurduqdan sonra azərbaycanlı biznesmen özünü niyə asıb?

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycanda piyadanı vurub, daha sonra intihar edən şəxsin yaxınları danışıblar.

Metbuat.az Baku.tv-yə istinadən xəbər verir ki, Quba rayonunun İspik kənd sakini Röyal kimi yanınan 35 yaşlı İntiqam Əlimuradovun meyiti Qəçrəş yaxınlığında, meşəlik sahədə tapılıb.

Məlumata görə, İntiqam Əlimuradovla Rövşən Ağayev arasında mübahisə düşüb.

Mərhumun qardaşının sözlərinə görə, komandir Rövşən adı ilə tanınan şəxslə restoranda dava düşüb:

“Eşitdiyimə görə dörd nəfər olublar. Bilmirəm həmin şəxs maşının üstünə özünü atıb, yoxsa onu maşın vurub. Daha sonra İntiqam qaçıb gizlənib”.

Qeyd edək ki, martın 6-sı saat 16 radələrində İ.Əlimuradov Quba şəhərində avtomobil qəzası törədib. Belə ki, həmin vaxt o, idarə etdiyi “Niva” markalı 40-BB-011 dövlət qeydiyyat nişanlı avtomobillə piyada, 1973-cü il təvəllüdlü Rövşən İslam oğlu Ağayevi vurub. Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib. Bundan sonra İ.Əlimuradov hadisə yerindən uzaqlaşıb və polisə izahat verməyib. İ.Əlimuradovun Qəçrəşdə yerləşən restoranlardan birinin rəhbəri olduğu bildirilir.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Piyadanı #vurduqdan #sonra #azərbaycanlı #biznesmen #özünü #niyə #asıb

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu