fbpx

Piyadanı zibil zənn edib üstündən keçdi – Ürəyi zəif olanlar baxmasın (VİDEO)

Türkiyədə avtomobil piyadanı vurub.

Hadisə İstanbul şəhərində Kağızxana Çeliktepe məhəlləsində baş verib. 58 yaşlı Yaşar Şahin içkili halda yol kənarı ilə gedərkən qəfil yıxılıb. Bu zaman naməlum avtomobil onu əzib keçib. Yaralı dərhal xəstəxanaya yerləşdirilib və həyatı xilas edilib.

Hadisə anı təhlükəsizlik kamerasına yansıyıb.

Daha sonra polis əməkdaşları tərəfindən sürücünün kimliyi müəyyən edilib. Axtarışlar nəticəsində hadisəni törədən sürücü 25 yaşlı Müzəffər. E saxlanılıb. O, ifadəsində yıxılan piyadanı yol kənarında zibil zənn etdiyini bildirib. Polisə ifadə verdikdən sonra sürücü sərbəst buraxılıb. (avtosfer.az)

https://www.mynet.com/tv/embed/8183010

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu