fbpx

“Planet Parni iz Baku”nun bu səhnəciyi müzakirələrə səbəb oldu

BEY.AZ informasiya agentliyi xəbər verir



“Planet Parni iz Baku”nun konsertindən TikTok-da yayımlanan görüntülər müzakirələrə səbəb olub.

Metbuat.az olay.az-a istinadən xəbər verir ki, buna isə Əməkdar artist Cabir İmanovun səhnəciklərdən birində avtobus sürücülərini təhqir etməsi rəvac verib.

Əməkdar artist Tahir İmanovun “Nəyə görə Bakının ekologiyası pozulub” sualını C.İmanov belə cavablandırıb:

“Niyə belə deyirsiniz? Bakı çox təmiz və ekoloji şəhərdir. Görün burada nə qədər vitaminlər var. Bizim taksilərimiz “badımcandır” (London taksilərini nəzərdə tutur – red.), avtobus sürücüləri xiyardır, avtoşlarımız isə balqabaqdır”.

Onun bu sözləri birmənalı qarşılanmayıb. İzləyicilər İmanovların insanları təhqir etdiyini, yumorlarının gülməli olmadığını yazıblar.





Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Planet #Parni #Bakunun #səhnəciyi #müzakirələrə #səbəb #oldu

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu