fbpx
Xəbərlər

Polis maşınına daş atan şəxs həbs edildi


Bakıda polis maşınına daş atan şəxs həbs edilib.

BEY.AZ-ın məlumatına görə, 10 aprel tarixində 1990-cı il təvəllüdlü Zaur Əliyev (ad-soyad şərti) müəmmalı səbəblərdən polis maşınına daş atıb və nəqliyyat vasitəsini zədələyib.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib. Təqsirləndirilən şəxs məhkəmədə əməlindən səmimi peşman olduğunu, ayağında və ağciyərlərində problemlər olduğunu və buna görə də müalicə aldığını, lakin əlilliyinin olmadığını, bunların nəzərə alınmasını istədiyini, eləcə də bir daha belə inzibati xətaya yol verməyəcəyini deyib.

Məhkəmənin qərarı ilə Zaur İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 25 gün müddətinə həbs edilib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu