fbpx

Polis serjantı Ələsgər Əsgərovun cənazəsi Naxçıvana gətirilib

BEY.AZ informasiya agentliyi xəbər verir


Sentyabrın 19-da qanunsuz erməni silahlı birləşmələri tərəfindən törədilən terror aktı nəticəsində həlak olmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis serjantı Əsgərov Ələsgər Zakir oğlunun cənazəsi Naxçıvana gətirilib.

Metbuat.az xəbər verir ki, sentyabrın 20-də Naxçıvan Beynəlxalq Hava Limanında polis serjantı Ələsgər Əsgərovun cənazəsinin qarşılanma mərasimi olub.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, dövlət və hökumət nümayəndələri, Türkiyənin Naxçıvandakı baş konsulu, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları və polis serjantı Ələsgər Əsgərovun ailə üzvləri tədbirdə iştirak ediblər.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Polis #serjantı #Ələsgər #Əsgərovun #cənazəsi #Naxçıvana #gətirilib

Bir Cevap Yazın

Başa dön tuşu