Polşanın qərbi Stalinin ölkəyə hədiyyəsidir
BEY.AZ informasiya agentliyi xəbər verir
Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasında diqqətçəkən açıqlamalar verib.
Metbuat.az xəbər verir ki, Putin bildirib ki, Polşa Ukraynadakı münaqişəyə müdaxilə etmək istəyir. Ukraynanın on minlərlə əsgərini itirdiyini deyən Putinin sözlərinə görə, Polşa liderləri NATO-nun nəzdində koalisiya yaratmaq və Ukraynadakı münaqişəyə müdaxilə etmək istəyir. Putin Polşaya xəbərdarlıq edib:
“Polşanın qərbi Stalinin ölkəyə hədiyyəsidir, Polşa bunu unudub. Biz bunu onlara xatırladacağıq”, – Putin bildirib.
Belarusa hücumun Rusiyaya hücum demək olduğunu vurğulayan Putin, Rusiyanın Belarusa qarşı istənilən hücuma bütün gücü ilə cavab verəcəyini bildirib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
- Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Polşanın #qərbi #Stalinin #ölkəyə #hədiyyəsidir