fbpx
Xəbərlər

Formula 1 Azərbaycan Qran Prisinin qalibi bəlli oldu

BEY.AZ informasiya agentliyi xəbər verir


Bu gün 2023 Formula 1 Azərbaycan Qran Prisi üzrə əsas yarışlar keçirilib.

Metbuat.az xəbər verir ki, iki saat davam edən yarış nəticəsində Red Bull komandasının pilotu Serxio Peres qalib olub.

Yarışı ikinci yerdə S.Peresin komanda yoldaşı Maks Ferstappen, üçüncü yerdə isə “Ferrari”dən Şarl Lekler tutub.

Qeyd edək ki, 28-30 aprel tarixlərində keçirilən Qran Prinin 1-ci günündə Formula 1 və Formula 2 komandalarının sərbəst yürüşləri və sıralama turu keçirilib.

Formula 1 sıralama yürüşündə “Ferrari” pilotu Şarl Lekler yarışın birincisi olub. “Red Bull”un pilotu Maks Ferstappen ikinci, “Red Bull”un digər pilotu Serxio Peres isə üçüncü yerdə qərarlaşıb.

Formula 2 komandalarının sıralama yürüşündə isə Preme Racing” komandasının pilotu Oliver Berman qalib olub. 30 dəqiqə davam edən yürüşdə “Rodin Carlin” komandasının üzvü Enzo Fittipaldi ikinci, “ART Grand Prix”in pilotu Teo Purşer isə üçüncü yerdə qərarlaşıb.

Yarışın 2-ci günü, aprelin 29-da Formula 1 və Formula 2 komandalarımın qısa sprint yarışları baş tutub.

Formula 1 üzrə mövsümün ilk sprint yarışının qalibi “Red Bull” pilotu Serxio Peres qalib olub. “Ferrari”dən Şarl Lekler ikinci, Peresin komanda yoldaşı Ferstappen üçüncü yeri tutub.

Formula 2 komandalarının birinci sprint yarışının qalibi isə “Prema Racing”dən Oliver Bearman qalib olub.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Formula #Azərbaycan #Qran #Prisinin #qalibi #bəlli #oldu

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu