fbpx

Prezidentdən əfv fərmanı: Rəşad Dağlı azad olunacaq?

BEY.AZ informasiya agentliyi xəbər verir


Mayın 10-u xeyli sayda məhbus azadlığa çıxacaq.

Metbuat.az xəbər verir ki, əfv komissiyasından verilən məlumata görə, ümumilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı Prezident İlham Əliyev əfv sərəncamı imzalayacaq.

Maraqlıdır ki, bu il daha çox məhbusa şamil ediləcəyi gözlənilən əfvə hazırda həbsdə olan məşhurlardan kimlərsə düşə bilərmi?

Hüquqşunas Emil Aslanov Baku TV-yə açıqlamasında bildirib ki, böyük ictimai təhlükə törətməyən əməllər törətmiş şəxslər ittiham aktı qanuni qüvvəyə mindikdən sonra əfv etmə kommisiyasına ərizə ilə müraciət edə bilər:

“Az ağır cinayət törətmiş şəxslərin cəzanın çəkilmiş 1/3 hissəsindən sonra müraciəti nəzərdə tutulmuşdur. Ağır, xüsusilə ağır cinayət törətmiş şəxslərin isə verilmiş cəzanın yarısını çəkdikdən sonra əfv kommisiyasına müraciət etmə hüquqaları vardır. Məsələn, Rəşad Dağlının bugünku gündə ictimaiyyət arasında böyük nüfuza sahib olan şəxs kimi azad olunması ilə bağlı böyük bir çağırış var. Lakin onu qeyd etmək istəyirəm ki, Rəşad Dağlı barəsində hələki hökm mövcüd olmadığından, yəni məhkəməyə onun işi çıxmadığından 4 ay müddətində həbs qətiimkan tədbiri seçilmişdir. Bu səbəbdən Rəşad Dağlı müraciət etsə belə, onun müraciətinin əfv kommisiyasında qəbul edilməsi qanunvericiliyə uyğun deyil”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Prezidentdən #əfv #fərmanı #Rəşad #Dağlı #azad #olunacaq

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu