fbpx

Prezident İlham Əliyev Azərbaycanla Türkiyə arasındakı iki sazişi təsdiqləyib

BEY.AZ informasiya agentliyi xəbər verir


Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında mədənçilik sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə fərman imzalayıb.

Metbuat.az xəbər verir ki, Azərbaycan Prezidentinin digər fərmanı ilə isə “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında balıqçılıq sahəsində əməkdaşlığa dair Saziş” təsdiq edilib.

Hər iki fərmanla Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sazişlərin müddəalarının həyata keçirilməsini təmin etmək tapşırılıb.

Bundan əlavə, Azərbaycanın Xarici İşlər Nazirliyi sazişlərin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Hökumətinə bildiriş göndərməlidir.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin