fbpx

​Tanınmış bəstəkar vəfat etdi – FOTO

BEY.AZ informasiya agentliyi xəbər verir


Tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi, professor Oqtay Rəcəbov vəfat edib.

Mədəniyyət Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, bəstəkar 81 yaşında dünyasını dəyişib.

Bildirilib ki, O.Rəcəbovun hansı səbəbdən öldüyü məlum deyil.

Qeyd edək ki, 1941-ci il aprelin 5-də Bakıda anadan olub. Ali təhsilini Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika və istehsalatın əsasları fakültəsində alıb. Ü.Hacıbəyli adına Musiqi Akademiyasının “Azərbaycan xalq musiqisi” kafedrasının professoru olub. O, 4 operanın, 3 musiqili komediyanın, 3 simfoniyanın, 2 oratoriyanın, 1 kantatanın, 500 mahnının müəllifidir. Pedaqogika və musiqi ilə bağlı 10 monoqrafiyanın, 70 dərslik, dərs vəsaiti və proqramın, 100-dən artıq məqalənin müəllifidir. O.Rəcəbovun uşaq mahnıları 6 məcmuədə çap olunub.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Tanınmış #bəstəkar #vəfat #etdi #FOTO

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu