fbpx

Prezident İlham Əliyev Binəli Yıldırımı qəbul edib

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 14-də Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini Binəli Yıldırımı qəbul edib.

Metbuat.az xəbər verir ki, dövlət başçısı Türkiyədə keçirilən seçkilərdə Rəcəb Tayyib Ərdoğanın, həmçinin Cümhur İttifaqının qələbəsi münasibətilə bir daha təbriklərini çatdırıb.

Görüşdə Rəcəb Tayyib Ərdoğanın Türkiyə Prezidenti seçildikdən sonra ilk səfərini Azərbaycana etməsinin və bunun dövlət səfəri statusunda həyata keçirilməsinin önəmi vurğulandı, həmişə olduğu kimi, bu səfərin də çox səmərəli keçdiyi bildirdi. Qeyd edildi ki, səfər zamanı dövlət başçıları tərəfindən Azərbaycan-Türkiyə müttəfiqliyinin müxtəlif sahələr və istiqamətlər üzrə inkişafına dair aidiyyəti nazirliklərə işlərin ardıcıl sürətdə aparılması ilə bağlı tapşırıqlar verilib. Vurğulandı ki, Türkiyənin dövlət başçısının bu səfəri ölkələrimiz arasında bütün sahələrdə qardaşlıq və dostluq əlaqələrinin möhkəmlənməsi işinə böyük töhfə verəcək.

Söhbət zamanı Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın daha da genişlənməsinin əhəmiyyətinə toxunuldu, Binəli Yıldırımın Ağsaqqallar Şurasının sədri kimi təşkilat çərçivəsində fəaliyyəti vurğulandı.

Rüya tabirlerini burdan oku

Görüşdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Türkiyə şirkətlərinin fəaliyyəti qeyd edildi.

Təbriklərə görə minnətdarlığını bildirən Binəli Yıldırım Prezident Rəcəb Tayyib Ərdoğanın ölkəmizə dövlət səfərinin uğurlu olduğunu qeyd etdi. Binəli Yıldırım Azərbaycanda olduğu müddətdə nümayəndə heyəti ilə birlikdə Şuşaya gedəcəyini və orada aparılan genişmiqyaslı tikinti-quruculuq işləri ilə yerində tanış olacağını bildirdi. O, Ağsaqqallar Şurasının sədri kimi Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın daha da genişlənməsinə öz töhfəsini verəcəyini vurğuladı.

Söhbət zamanı Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası arasında uzun illər uğurlu əməkdaşlığın həyata keçirildiyi məmnunluqla qeyd edildi.

10:38

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 14-də Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini Binəli Yıldırımı qəbul edib.

Metbuat.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.





Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Prezident #İlham #Əliyev #Binəli #Yıldırımı #qəbul #edib

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu