fbpx

Prezident İlham Əliyev Fərman imzaladı

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

Prezident İlham Əliyev 7 avqust 2015-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatının (BOKT) dövlət zəmanəti əsasında emissiya edəcəyi istiqrazların buraxılması, həcmi, müddəti və ödənilmə şərtlərində dəyişiklik edib.

Metbuat.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.

Fərmana əsasən, istiqrazların tədavül və ödənilmə müddətləri qiymətli kağızların mülkiyyətçiləri və Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla dəyişdirilə bilər.

Xatırladaq ki, mövcud şərtlərə görə, istiqrazlar 30 il müddətinə, gəlirliliyi 0,15 illik faiz dərəcəsi ilə buraxılır. İstiqrazlar üzrə faiz ödənişlərinə güzəşt tətbiq edilmir və bu ödənişlər istiqrazlara mülkiyyət hüququ əldə edildiyi gündən başlayaraq hər ilin dekabr ayının sonuna qədər 30 il ərzində həyata keçirilir.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Prezident #İlham #Əliyev #Fərman #imzaladı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu