fbpx

Prezident “Qaçqınkom” sədrinə irad tutdu

BEY.AZ informasiya agentliyi xəbər verir


Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 26-da Laçın rayonunun Zabux kəndində görülmüş işlərlə tanış olublar və burada kənd sakinləri ilə görüşüblər.

Metbuat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, görüş zamanı dövlət başçısı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevə irad bildirib.

Belə ki, çay kənarına çəkilən istinad divarı Prezidentin diqqətindən qaçmayıb. Bu zaman ölkə başçısı çaya da giriş olmalıdır deyə R.Rzayevə irad tutub.

“Mən baxıram, siz divarı belə bütöv çəkmisiniz, insanlar çaya yaxınlaşa bilmirlər, siz girişlər edin. Siz müxtəlif yerlərdə açın bu divarları ki, belə pilləkən düzəldin, yaxud da belə geniş olsun ki, insanlar çaya yaxınlaşa bilsinlər” – Prezident bildirib.

Həmin anın görüntülərini təqdim edirik:





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Prezident #Qaçqınkom #sədrinə #irad #tutdu

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu