fbpx

Prezident Ruslan Stoyanovun etimadnaməsini qəbul edib

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 7-də Bolqarıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ruslan Stoyanovun etimadnaməsini qəbul edib.

Metbuat.az xəbər verir ki, səfir Ruslan Stoyanov etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Ölkələrimizin yaxın və strateji tərəfdaş olduğunu vurğulayan dövlət başçısı ikitərəfli münasibətlərimizin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib. Prezident İlham Əliyev yüksəksəviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunaraq vurğulayıb ki, dostluq əlaqələrini nümayiş etdirən bu səfərlər zamanı ikitərəfli gündəlikdə duran çox mühüm məsələlərlə bağlı qərarlar qəbul olunub.

Dövlət başçısı hazırkı əməkdaşlığımızın əsas mövzularından birinin enerji sahəsinə aid olduğunu deyərək Cənub Qaz Dəhlizi layihəsinin önəminə toxunub, enerji təhlükəsizliyinin təmin edilməsi məsələsində ölkələrimizin uzun illər bundan sonra da yaxın tərəfdaş olacaqlarına ümidvarlığını bildirib. Prezident İlham Əliyev eyni zamanda birgə layihələrin həyata keçirilməsinin Bolqarıstana Azərbaycan qazı üçün tranzit ölkəyə çevrilmək imkanı yaratdığını qeyd edib.

Azərbaycan Prezidenti enerji sahəsi ilə yanaşı, digər sahələrdə də əməkdaşlığın inkişafı üçün potensialın olduğunu bildirib, ticarət dövriyyəsinin artırılması üçün səylərin göstərilməsinin vacibliyini vurğulayıb.

Ölkələrimiz arasında qarşılıqlı siyasi fəaliyyətin yaxşı səviyyədə olduğunu bildirən dövlət başçısı Azərbaycan-Avropa İttifaqı və Azərbaycan-NATO əməkdaşlığında Bolqarıstanın rolunu qeyd edib.

Azərbaycan Prezidenti səfirə fəaliyyətində uğurlar arzulayıb.

Ruslan Stoyanov, ilk növbədə, Bolqarıstan Prezidenti Rumen Radevin salamlarını dövlət başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Rumen Radevə çatdırmağı xahiş edib.

Azərbaycanın Bolqarıstan üçün strateji tərəfdaş ölkə olduğunu vurğulayan səfir dövlətlərimiz arasında mövcud olan qarşılıqlı etimadın və yüksəksəviyyəli görüşlərin strateji tərəfdaşlığımızın göstəricisi olduğunu deyib. Ruslan Stoyanov vurğulayıb ki, Azərbaycan-Bolqarıstan münasibətləri yalnız strateji xarakter daşımır, onlar həm də dost münasibətləridir. Səfir Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun istismara verilməsinin əhəmiyyətinə də toxunub.

12:15

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 7-də Bolqarıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ruslan Stoyanovun etimadnaməsini qəbul edib.

Metbuat.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Prezident #Ruslan #Stoyanovun #etimadnaməsini #qəbul #edib

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu