fbpx
Xəbərlər

Prezident Təhsil nazirinin səlahiyyətini artırdı

BEY.AZ informasiya agentliyi xəbər verir


Prezident İlham Əliyev “Təhsil Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Metbuat.az xəbər verir ki, sənədə əsasən, təhsil nazirinin səlahiyyətində dəyişiklik edilib.

Fərmanla Əsasnamənin 13.4-2-ci bəndi dəyişdirilib.

Bununla təhsil naziri nazirliyin tabeliyindəki təhsil müəssisələrinin göstərdiyi ödənişli təhsil xidmətlərindən əldə olunan gəlirlərin sərəncamçısı olacaq.

Yəni nazir tabeliyindəki təhsil müəssisələrinin göstərdiyi ödənişli təhsil xidmətlərindən əldə olunan gəlirlərin sərəncamçısı olmaqla, maliyyə vəsaitini bölüşdürəcək, ayrılmış vəsaitin həddi nəzərə alınmaqla, işçilərin vəzifə maaşlarına əlavələrin, maddi yardım və mükafatların verilməsini təmin edəcək.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu