fbpx

“Prezidentin fərmanı media sahəsində qeyri-müəyyənlikləri aradan qaldıracaq”

BEY.AZ informasiya agentliyi xəbər verir


Xəbər verdiyimiz kimi, aprelin 26-da Prezident İlham Əliyevin müvafiq Fərmanına əsasən, Audiovizual Şura və Medianın İnkişafı Agentliyinə (MEDİA) yeni səlahiyyət verildi.

İlgili Makaleler

Bu barədə Metbuat.az-a açıqlama verən Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) təsisçisi Müşfiq Ələsgərli bildirdi ki, media fəaliyyətinin, informasiya dövriyyəsinin tənzimlənməsi üçün inzibati xətalar məcəlləsinə təklif edilən dəyişikliklərin qüvvəyə minməsi, paralel olaraq Audiovizual Şura və Medianın İnkişafı Agentliyinə (MEDİA) müvafiq olaraq yeni səlahiyyətlərin verilməsi təqdirəlayiq haldır:

“Hazırkı dəyişikliklərə uyğun olaraq tənzimlənmə, müvafiq olan qanunlar əslində “Media haqqında” qanunda və “Jurnalistlərin peşə əxlaqı kodeksi”ndə öz əksini tapmış məsələlərdir. Bu sırada Təqsirsizlik prezumpsiyasının tənzimlənməsi məsələsi “Jurnalistlərin peşə əxlaqı kodeksi”ndə var. Yaxud jurnalist fəaliyyətinə, o cümlədən informasiya əldə edilməsinə mane olan halların yolverilməzliyi haqqında müddəalar Media haqqında qanunvericilikdə var. Amma bu prinsiplərin pozulmasına görə hansı məsuliyyətin yaranması, eyni zamanda məsuliyyət yaranan şəxsin necə cəzalanması məsələsində bir qədər qeyri-müəyyənlik vardı. Prezidentin inzibati xətalar məcəlləsinə edilən dəyişikliklər bu qeyri-müəyyənliyi aradan qaldırır və bu prinsipləri pozan şəxslərin cəzalandırılması üçün kifayət qədər aydın təsəvvür yaradır”.

Mövcud dəyişiklikliyin Audiovizual Şuraya və MEDİA-ya Təqsirsizlik prezumpsiyası, ekoloji pozuntuların təbliğ olunması və sair məsələlərə bağlı monitorinqlər aparmağa, həmçinin prosesləri tənzimləməyə səlahiyyətlər verdiyini qeyd edən Müşfiq Ələsgərli hesab edir ki, bütün bunlar media işinin şəffaflandırılması, yol verilmiş pozuntulara görə konkret mexanizmlərin yaradılması kimi şərh oluna bilər. Müsahibimizin qənaətinə görə, həm Audiovizual Şura, həm də MEDİA yenicə həvalə olunan səlahiyyətlərlə bağlı da kifayət qədər peşəkar davranacaqlar, bu prosesləri də tamamlaya biləcəklər.

“Atılmış bu addımları son 4 ildə Azərbaycanda mediasında aparılan islahatların məntiqi ardıcıllığı kimi dəyərləndirmək olar. Bütün bu addımlar media fəaliyyətinin şəffaflaşdırılması, onun hüquqi çərçivəsinin cızılması, media aid prinsiplərin pozulmasına görə yaranan məsuliyyətlərin müəyyənləşdirilməsi və bu prinsipləri pozanların cəzalandırılması üçün aydın təsəvvürlər formalaşdırır. Bu, eyni zamanda media fəaliyyətinin daha da peşəkarlaşmasına şərait yaradır. Bu baxımdan baş verənləri alqışlayır, təqdir edirik. Arzu edirik ki, bu məsələlər məntiqi sonluğuna çatdırılsın”.

Gülbəniz Hüseynli / Metbuat.az



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Prezidentin #fərmanı #media #sahəsində #qeyrimüəyyənlikləri #aradan #qaldıracaq

Bir Cevap Yazın

Başa dön tuşu