fbpx
Xəbərlər

Prezidentin Naxçıvanda hakim təyin etdiyi Bəktaşi kimdir?

BEY.AZ informasiya agentliyi xəbər verir


Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Səadət İnayət qızı Bəktaşi Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilib.

Metbuat.az Səadət Bəktaşinin dosyesini təqdim edir:

Səadət Bəktaşi 1960-cı ildə anadan olub. O, Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.

1976 – 1977-ci ildə S.M.Kirov rayon Xalq Məhkəməsində məhkəmə iclas katibi, 1982 – 1984-ci ildə Ədliyyə Nazirliyinin Notariat və VVAQ İdarəsi, Bakı şəhər 1 saylı Notariat Kontorunda stajçı dövlət notariusu, 1984 – 1991 Ədliyyə Nazirliyi Qanunların sistemləşdirilməsi və qanun layihələrinin hazırlanması idarəsində məsləhətçi, baş məsləhətçi, 1991 – 1992 -ci illərdə isə Ədliyyə Nazirliyi Qanunlar toplusu Redaksiya qrupunun aparıcı mütəxəssisi olub.

1992-ci ildə Ədliyyə Nazirliyi İctimai birliklərin qeydiyyatı və işin təşkili şöbəsinin baş mütəxəssisi, 1992 – 1997-ci illərdə Ədliyyə Nazirliyi Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin rəis müavini, 1997 – 1998-ci illərdə AR Prezidentinin İcra Aparatı Dövlət hüquq şöbəsinin böyük məsləhətçisi postunda olub.

Bəktaşi 1998 – 2000-ci illərdə AR Prezidentinin İcra Aparatı Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin böyük referenti, 2000 – 2007-ci illərdə 1 saylı Yerli İqtisad Məhkəməsinin sədri, 2007 – 2010-cu ildə isə Bakı Apellyasiya Məhkəməsinin hakimi olub.

2010 – 2012-ci illərdə Ali Məhkəmənin hakimi olan 2012 – 2021-ci ildə Səadət Bəktaşi Sumqayıt Apellyasiya Məhkəməsinin sədri, 2018 – h/h Azərbaycan Respublikası Məhkəmə Hakimləri Assosiasiyalarının İttifaqının İdarə Heyətinin sədr müavini, 2021 – 2023-cü illərdə isə Bakı Apellyasiya Məhkəməsinin hakimi olub.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Prezidentin #Naxçıvanda #hakim #təyin #etdiyi #Bəktaşi #kimdir

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu