fbpx
Xəbərlər

Prezidentin qucaqladığı qazi kimdir? – O anlardan danışdı / VİDEO

BEY.AZ informasiya agentliyi xəbər verir


Xəbər verdiyimiz kimi, “TEKNOFEST” festivalında iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev orada İkinci Qarabağ müharibəsinin qazisi Taleh Camalovla görüşüb.

Metbuat.az xəbər verir ki, qazi Camalov həmin anları Xəzər xəbər-ə danışıb: “Necə doğma hiss ilə öpdü, qucaqladı. Mehriban xanım dedi ki, mən sizin bacınızam. Allah Vətənimizi qorusun”.

Qeyd edək ki, həmin vaxt “Teknofest”də iştirak edən qazi Taleh Camalov və Azərbaycan Prezidenti arasında maraqlı dialoq yaşanıb.

Fulya Öztürk: İkinci Qarabağ müharibəsi qazisi də burada, “TEKNOFEST”dədir. Adınızı öyrənə bilərəm?

Qazi: İkinci Qarabağ müharibəsinin qalibi, iki ayağını da ağır döyüşlərdə itirmiş qazi Taleh Camalov. Vətən sağ olsun.

Prezident İlham Əliyev: Gör nə qədər medalı var. “Xocavənd”, “Cəbrayıl”, “Füzuli”, “Fərqlənməyə görə”, “Xarı bülbül”.

Qazi Taleh Camalov: Bir ay döyüşdə oldum.

Prezident İlham Əliyev: Qəhrəmandır, bizim torpaqlarımızı azad edənlər bunun kimi qəhrəmanlardır.

Qazi Taleh Camalov: Sizin sayənizdə, Selçuk Bayraktar qardaşımızın sayəsində, onların silahlı PUA-larının sayəsində.

Daha ətraflı videoda:





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Prezidentin #qucaqladığı #qazi #kimdir #anlardan #danışdı #VİDEO

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu