Prezidentin yüksək vəzifə verdiyi Şahin Seyidzadə KİMDİR?
BEY.AZ informasiya agentliyi xəbər verir
Xəbər verdiyimiz kimi, Prezident ilham Əliyev imzaladığı sərəncamla Şahin Kamil oğlu Seyidzadə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilib.
Metbuat.az Milli Məclisin depuatatı olan Şahin Seyidzadənin dosyesini təqdim edir:
Şahin Seyidzadə 1978-ci il aprelin 15-i Bakı şəhərində anadan olub.
Şahin Seyidzadə 1995-ci ildə akademik Azad Mirzəcanzadənin təşəbbüsü ilə yaradılmış Həbib bəy Mahmudbəyov adına Texniki-Humanitar Liseyi bitirib. 1999-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin bakalavr pilləsini bitirib. 2001-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin magistr pilləsini başa vurub.
Şahin Seyidzadə 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Menecment” ixtisası üzrə magistr dərəcəsi, 2007-ci ildə Sosial və İqtisadi elmlər üzrə Moskva Ali Məktəbinin “Təhsilin təşkili və idarəetməsi” ixtisası üzrə təhsil alıb, 2007-ci ildə isə İngiltərənin Mançester Universitetinin “Təhsilin təşkili və idarəetməsi ixtisası” üzrə magistr dərəcəsi alıb.
Azərbaycan Milli Məclisinin VI çağırış üzvü, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin “Sosial layihələr” müsabiqəsinin (2019-cu ildən), Azərbaycan Respublikası Təhsil Nazirliyinin SABAH qruplarının İcra Komitəsinin rəhbəridir.
İngilis və Rus dillərində sərbəst danışa bilir.
Ailəlidir, iki övladı var.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.