fbpx

“Putin Ərdoğana “yox” deməmək üçün nazirini Antalyaya göndərdi – Danışıqlar nəticə verməyəcək çünki…

BEY.AZ informasiya agentliyi xəbər verir


Xəbər verdiyimiz kimi, Ukraynanın Xarici İşlər naziri Dmitri Kuleba Antalyada baş tutan rusiyalı və türkiyəli həmkarları ilə 3-lü görüşdən sonra açıqlama verərək bildirib ki, bu məsələdə irəliləyiş əldə edə bilmədik. Bu formatda yeni görüşlər həyata keçirə bilərik.

“Yenə belə bir formatda görüşməyə razıyıq. Həll yolunu axtarmaq istəyiriksə, bunu məqsədəuyğun hesab edirəm. Ruslar müzakirələrə hazır olsa, mən də buna hazıram. Lavrovun bizdən tələbləri kapitulyasiya siyahısına oxşayır. Bu müharibəni dayandırmalıyıq”, deyə Kuleba bildirib.

Tərəflər arasında olan görüşü şərh edən politoloq Elxan Şahinoğlu bildirib ki, Sergey Lavrov ukraynalı həmkarı Dmitri Kuleba ilə Antalyada hər hansı razılaşma əldə etməyə gəlməmişdi. Çünki onun buna səlahiyyəti yoxdur.

“Putin Ankaraya “yox” deməmək üçün nazirini Antalyaya göndərdi. Bütün səlahiyyət Kreml sahibindədir, o isə hələ ki, geri çəkilmək istəmir. Türkiyə üzərinə düşəni – yorulmadan vasitəçilik təşəbbüslərini davam etdirir, atəşkəsə və sülhə çalışır. Ancaq əgər tərəflərdən birinin – Rusiyanın işğalı davam etdirməkdən geri çəkilmək niyyəti yoxdursa, bu müddətdə danışıqlar nəticə verməyəcək”.

Qeyd edək ki, Rusiya XİN rəhbəri danışıqlar zamanı təsdiqləyib ki, Moskvanın Ukraynada gündəlik humanitar dəhlizlər açmaq təşəbbüsü qüvvədə qalır. Lavrov onu da qeyd edib ki, Rusiya Ukraynaya hücum etməyib və başqa ölkələrə hücum etməyi planlaşdırmır.

Gülbəniz Hüseynli / Metbuat.az




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu