fbpx

Putin Afrika ölkələrinə söz verdi

BEY.AZ informasiya agentliyi xəbər verir


Rusiya Prezidenti Vladimir Putin Afrika ölkələrinə Ukraynadan ala bilmədikləri taxılı həm kommersiya, həm də pulsuz göndərə biləcəklərini bildirib.

Metbuat.az xəbər verir ki, Putin Sankt-Peterburqda keçiriləcək Rusiya-Afrika Sammitinə yazdığı məqaləsində ölkəsinin taxıl sazişindən çıxmasının Afrika ölkələrinə mənfi təsir etməyəcəyini bildirib. Putinin sözlərinə görə, ABŞ və Avropanın işgüzar dairələri taxıl müqaviləsindən zənginləşmək üçün istifadə edir və Ukrayna taxılının 70 faizi yüksək və orta gəlirli ölkələrə gedir. Putin, Efiopiya, Sudan, Somali, Yəmən və Əfqanıstan kimi ölkələrə Ukrayna taxılının yalnız 3 faizinin müqavilə çərçivəsində getdiyini deyib.

Ölkəsinin bu il rekord məhsul gözlədiyini qeyd edən Putin, “Sizi əmin etmək istəyirəm ki, ölkəmiz Ukrayna taxılını həm ticari, həm də pulsuz əvəz edə bilər” – deyə bildirib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Putin #Afrika #ölkələrinə #söz #verdi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu