fbpx

“Putin mənim əsas müəllimimdir” – Kremlin sözçüsü

BEY.AZ informasiya agentliyi xəbər verir


Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya prezidenti Vladimir Putini özünün müəllimi adlandırıb.

Metbuat.az TASS-a istinadən xəbər verir ki, Peskov deyib ki, işlədiyi uzun illər ərzində o Putindən çox şeylər öyrənib:

“Mənim həyatda bəxtim gətirib. 20 ildir ki, özümə müəllimim bildiyim bir insanla ünsüyyətdəyəm. Mən Putini nəzərdə tuturam. Onun apardığı siyasəti izləmək, maraqlarını öz nöqteyi-nəzərini müdafiə etməsi, mübahisədən istifadə etmə tərzi, həmsöhbətlərini inandırması mənim üçün əvəzolunmaz təcrübədir”,- deyə Peskov qeyd edib.

Kremlin sözçüsü gələcəyin informasiya müharibələrindən də danışıb. Peskovun sözlərinə görə, 10-20 ildən sonra informasiya müharibələri daha çox texnoloji xarakter daşıyacaq.

Xatırladaq ki, aprel ayında Dmitri Peskov, Rusiya prezidenti Vladimir Putinin ətrafında birləşməyi Rusiyada əsas ictimai əhval-ruhiyyə kimi təqdim etmişdi.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Putin #mənim #əsas #müəllimimdir #Kremlin #sözçüsü

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu