fbpx

Putin ölənə qədər Rusiya məğlub edilməlidir – Budanov

Ukrayna hərbi kəşfiyyatının rəhbəri Rusiya prezidenti Vladimir Putinin tezliklə öləcəyini ehtimal edir…

“Putin uzun müddətdir xəstədir və o, ölənə qədər Ukrayna Rusiyanı məğlub etməlidir”.

PİA.az xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kiril Budanov Amerikanın ABC News telekanalına müsahibəsində deyib.

Ukrayna hərbi kəşfiyyatının rəhbərinin sözlərinə görə, Rusiyada Putinin ölümündən sonra hakimiyyətin yenidən formalaşdırılması prosesi başlayacaq. Budanov vurğulayıb ki, Rusiya Federasiyasındakı dəyişikliklər bütün dünyaya fayda verəcək.

Amerika telekanalına müsahibəsində Kirill Budanov bildirib ki, Rusiya prezidenti Vladimir Putin uzun müddətdir xəstədir və tezliklə ölə bilər. Jurnalist Britt Klennettin Putinin nə zaman ölə biləcəyi ilə bağlı sualını cavablandıran Budanov Putin yaxın zamanlarda ölə bilər:


“Mən düşünürəm ki, Putinin ölümü çox tezliklə baş verə bilər. Mən buna ümid edirəm”, deyə Ukrayna hərbi kəşfiyyatının rəhbəri bildirib.

Budanov qeyd edib ki, Putinin ağır xəstəliyi ilə bağlı məlumat ona, Rusiya prezidentinə çox yaxın olan yaxın mənbələrdən gəlir.

Budanov həmçinin hesab edir ki, Ukrayna Putinin ölümündən əvvəl Rusiyaya qalib gəlməlidir.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi ABC News telekanalına müsahibəsində deyib ki, Rusiyanın gələcəyi üçün bir neçə ssenari var. Lakin istənilən halda təcavüzkar ölkənin hakimiyyət transformasiyasından qorxmaq lazım deyil: “Çünki bu, bütün dünyaya fayda verəcək bir dəyişiklik olacaq”, deyə Budanov vurğulayıb.

Telekanala müsahibəsində Kirill Budanov yeni ildən başlayaraq Rusiya ərazisinə daha çox zərbə endiriləcəyini açıqlayıb.

Qeyd edək ki, Kirill Budanov 2022-ci il oktyabrın sonunda The War Zone nəşrinə verdiyi müsahibədə Vladimir Putinin Ukraynadakı müharibədən sağ çıxa bilməyəcəyini demişdi. Onun sözlərinə görə, Rusiya siyasi elitası artıq onun varisini axtarır.

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin