fbpx

Rusiyada vətənə xəyanətə görə ömürlük həbs cəzası veriləcək

BEY.AZ informasiya agentliyi xəbər verir


Rusiya prezidenti Vladimir Putin yeni qanunu imzalayıb.

Metbuat.az TASS-a istinadən xəbər verir ki, qanuna görə Rusiya Federasiyasında yetkinlik yaşına çatmayanlara siqaret və dərman vasitələrinin reseptsiz satışına görə cərimələrin məbləğı artıb. Bundan sonra Rusiyada vətəndaşlar üçün cəza 2 mindən 5 min rubla qədər (indi 1 mindən 2 min rubla qədər), yetkinlik yaşına çatmayanların valideynləri və ya qanuni nümayəndələri üçün – 5 mindən 7 min rubla qədər (indi 2 mindən 3 min rubla qədər) artılacaq.

Bundan əlavə, prezidentin fərmanı ilə Rusiyada dövlətə xəyanətə görə ömürlük həbs cəzası tətbiq ediləcək. Rusiya Federasiyasının Cinayət Məcəlləsinə edilən müvafiq dəyişikliklərə əsasən, diversiya və terrorçuluğa görə cinayət məsuliyyətinin sərtləşdirilməsi üçün cəza 15 ildən 20 ilə qaldırılıb. Cinayət Məcəlləsinin 275-ci maddəsi ilə “dövlətə xəyanət” ömürlük azadlıqdan məhrumetmə cəzası (əvvəllər 20 ilədək) müəyyən ediləcək. Qanun həmçinin terrorçuluq cinayətlərinə cəlb olunma və ya törətmə üçün minimum cəzanı 5 ildən 7 ilə qədər artırıb, iştirakçılığa görə isə minimum cəza 12 il (əvvəllər – 10 il) olacaq.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Rusiyada #vətənə #xəyanətə #görə #ömürlük #həbs #cəzası #veriləcək

Bir Cevap Yazın

Başa dön tuşu