fbpx

Avropa Komissiyasının prezidenti: “Putinin qəddar üzünü gördük”

BEY.AZ informasiya agentliyi xəbər verir


Ukraynada səfərdə olan Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel Kiyev vilayətinin Buça şəhərində olublar.

Metbuat.az xəbər verir ki, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Buçadaki görüntülərdən dəhşətə gəldiyini qeyd edib:

“İnsanlığımız Buçada darmadağın edilib. Biz Putinin qəddar üzünü gördük. Ukrayna xalqına mesajım var: Bu vəhşiliyə görə məsuliyyət daşıyanlar ədalət qarşısında cavab verəcəklər. Sizin mübarizəniz bizim mübarizəmizdir. Bu gün bunu sizə demək üçün Kiyevdəyəm. Avropa sizinlədir”, – deyə o qeyd edib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu