fbpx

Putin “vaqneritlər”ə ŞANS VERDİ: Priqojinin yeni planı var

BEY.AZ informasiya agentliyi xəbər verir


“Vaqner”in lideri Yevgeni Priqojin Rusiya prezidenti Vladimir Putinin ona olan etimadını geri qaytarmaq üçün yeni plan üzərində işləyir. “Putinin aşpazı” Baxmutda cinahları gücləndirmək üçün muzdlulardan ibarət üç briqada hazırlayır.

Metbuat.az xəbər verir ki, analitiklərin fikrincə rus ordusunun qış ayları ərzində qarşıya qoyulmuş vəzifələri yerinə yetirə bilməməsi nəticəsində Putin yenidən Priqojinə şans verib. Hazırda “vaqneritlər” əlavə qüvvələr, döyüş sursatları toplayıb güclənirlər. Öz növbəsində Priqojin də Rusiya hava-desant qoşunlarının “vaqneritlər”lə birgə işlədiyini təsdiq edib.

Bu yaxınlarda “Gulagu.net” təşkilatı “vaqneritlə”rlə apardığı söhbəti dərc edib. Etiraflar zamanı məlum olub ki, Priqojinin muzdluları Ukraynada həm hərbi qulluqçuların, həm də mülki ukraynalıların, o cümlədən uşaqların edam və qətllərini təşkil ediblər.

Ukrayna Baş Prokurorluğunun məlumatına görə, muzdluların etirafları araşdırılmaqla bərabər bu araşdırmaya xarici hüquq-mühafizə orqanlarının əməkdaşları da qoşulacaq.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Putin #vaqneritlərə #ŞANS #VERDİ #Priqojinin #yeni #planı #var

Bir Cevap Yazın

Başa dön tuşu