fbpx
Xəbərlər

Putinin Makronla uzun masada görüşməsinin səbəbi açıqlandı

BEY.AZ informasiya agentliyi xəbər verir


Fransa Prezidenti Emmanuel Makronla Rusiya lideri Vladimir Putinin Moskvada uzun masa ətrafında danışıqlar aparmasının səbəbi açıqlanıb.

Metbuat.az xəbər verir ki, buna səbəb Makronun COVİD-19 testindən keçməklə bağlı Kremlin tələbini rədd etməsi olub.

Fransa Prezidentinin sağlamlıq protokolundan xəbəri olan iki mənbə agentliyinə bildirib ki, Makrona seçim imkanı verilib: ya o, Rusiyada PCR testi verməklə razılaşır və Putinə yaxınlaşmağa icazə verilir, ya da imtina etməklə sosial məsafəni saxlayır.

“Bunun uzun masa və əl sıxışmamaq anlamına gəldiyini çox yaxşı bilirdik. Amma biz prezidentin DNT-sinin onların əlinə keçməsinə icazə verə bilməzdik” – deyə mənbələrdən biri təhlükəsizliklə bağlı narahatlığını ifadə edib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu