fbpx
Xəbərlər

Putinin ŞOK PLANI: Mart ayının əvvəlində…

BEY.AZ informasiya agentliyi xəbər verir


Rusiyanın Ukraynaya müdaxiləsindən sonra dünya ictimaiyyətini maraqlandıran məqam rusların nə vaxt dayanacağıdır.

Metbuat.az xəbər verir ki, ekspertlər prezident Vladimir Putinin 3 məqsədi ola biləcəyini irəli sürüblər. Bəzi analitiklər hesab edir ki, Rusiya Donbas bölgəsinin 2014-cü ildəki sərhədlərinə qədər irələliyəcək. Putin şərtləri öz xeyirinə dəyişəndən sonra danışıqlar masasına əyləşə bilər. Bu seçim Ukrayna üçün daha məqbul hesab edilir.

İkinci ssenariya görə, Rusiya Ukraynanın Qara dənizə çıxışını tamamilə bağlayacaq. Belə olan halda, Moldovadakı separatçıların nəzarətindəki ərazilərə qədər olan bölgələr işğal ediləcək. Bu, Odessa, Nikoyaev və digər bölgələrin işğal ediləcəyi anlamına gəlir.

Ən pis ssenari isə bütün Ukraynanın işğal edilməsidir. Ekspertlər hesab edir ki, ruslar Kiyevə 3 bölgədən girəcək. Hərbi əməliyyatlar 10 gün davam edəcək. Mart ayının ilk həftəsində Zelenski adminstrasiyasının məğlub olacağını qətiləşdirən Ukraynanın elit dairələri Rusiya ilə razılaşacaq. Nəticədə Kiyevdə çevriliş baş verəcək. Hakimiyyətə Rusiyanın dəstəklədiyi nümayəndə gətiriləcək. Hadisələr göstərir ki, Putin 3-cü yola daha çox üstünlük verə bilər.

Ekspertlərə görə, Putinin 3 hədəfi var. Birincisi, Minsk sazişini qüvvədən salaraq, şərtləri Rusiyanın xeyirinə dəyişmək. İkinci hədəf Ukraynanı Qərbin əlinə düşməsinə imkan verməmək. Bunun üçün Putin 3-cü dünya müharibəsinin baş verməsindən belə çəkinmədiyini ortaya qoyub. Üçüncü hədəf isə NATO-ya cavab vermək. Putin heç bir zaman Ukraynanın NATO üzvü olmayacağını sübut etmək istəyir.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu